Geri qayıt Çap et

Xaçmazda FACİƏ: 21 yaşlı qız binadan düşüb öldü

Xaçmazda faciəli hadisə baş verib.

Denmedia.az-ın şimal bürosundan verilən məlumata görə hadisə Xaçmaz şəhərində qeydə alınıb.

Şəhər sakini, 2004-cü il təvəllüdlü İskəndərova Rəvanə Araz qızı yaşadığı hündürmərtəbəli binadan düşərək ölüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Nüşabə Baxşıyeva