Geri qayıt Çap et

Son vaxtlar pis gənclərə qoşulurdu: Sumqayıtda itkin düşən 16 yaşlı yeniyetmənin ailəsi danışdı-VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə Məhəmmədəli Sultanovun itkin düşməsi ailəsində və yaxınları arasında ciddi narahatlıq yaradıb.

 Bu barədə yeniyetmənin ailəsi DenazTv-yə danışıb. 

Belə ki, Məhəmmədəli yaşadığı BTZ bağlarındakı evdən ət almaq adı ilə çıxıb, lakin bir daha geri qayıtmayıb. O gündən bəri gəncdən heç bir xəbər yoxdur.