Geri qayıt Çap et

Şəmkirdə də kütləvi zəhərlənmə - 20-dən çox şəxs xəstəxanalıq oldu

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

“Denmedia.az”-ın yerli bürosunun məlumatına görə, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxslərin vəziyyəti orta-ağırdır.

Hadisənin təfərrüatları araşdırılır.

Xatırladaq ki, Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.