Geri qayıt Çap et

Sumqayıtda küçədə kişi meyiti tapıldı

Sumqayıt şəhərində küçədə kişi meyiti tapılıb.

Denmedia.az  xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Araz Qərib oğlu Mehdiyevin meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.