Geri qayıt Çap et

Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi başladı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqların ikinci günü başlayıb.

Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat verib.

Bildirilib ki, noyabrın 11-də tərəflər danışıqları üçtərəfli formatda davam etdirirlər.

Görüşün ardından Ukrayna nümayəndə heyətinin Avropa ölkələrinin təmsilçiləri ilə ayrıca danışıqlar aparması nəzərdə tutulur.

Denmedia.az