Geri qayıt Çap et

Tramp Tehrana inanmadı: “Razılaşırlar, sonra sözlərindən dönürlər”

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişini müsbət qiymətləndirsə də, Tehranın mümkün razılaşmanın şərtlərinə əməl edəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Ağ Ev rəhbəri İranın əvvəllər də razılaşmalara razılıq verdiyini, lakin sonradan əldə olunan razılaşmalardan imtina etdiyini xatırladıb.

“Danışıqlar yaxşı gedir. Amma bilirsiniz, onlar o qədər də etibarlı deyillər. Razılaşma əldə edirlər, sonra isə ondan imtina edirlər. Onlar razılaşmaq istəyirlər. Görək, bu dəfə alınacaqmı”, – deyə Tramp bildirib.

Denmedia.az