Geri qayıt Çap et

Vaşinqton İrana hücuma hazırlaşır? – Körfəz ölkələrinə xəbərdarlıq

ABŞ Konqresinə aralıq seçkilərdən sonra Vaşinqtonun İrana qarşı hərbi zərbələri bərpa etməsi ehtimalı nəzərdən keçirilir.

Bu barədə MS NOW telekanalı məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, hücumlar noyabrın 4-də başlaya bilər.

Jurnalistlərin əldə etdiyi məlumata əsasən, ABŞ administrasiyası Fars körfəzinin bir neçə ölkəsini qısamüddətli, lakin intensiv hərbi əməliyyata hazırlıq barədə xəbərdar edib.

Bununla yanaşı, region ölkələri İranın mümkün cavab tədbirlərindən ehtiyat edərək gərginliyin azaldılmasına çalışırlar.

Adı açıqlanmayan regional rəsmilərdən biri bəzi ölkələrin ərazilərində yerləşən ABŞ hərbi bazalarından İrana hücumlar üçün istifadə edilməsinə qarşı çıxa biləcəyini istisna etməyib.

Bu narahatlıq ABŞ-ın hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə İranın cavab zərbələri endirməsi ehtimalı ilə əlaqələndirilir.

Denmedia.az