Geri qayıt Çap et

İsraildə seçki düyünü: Netanyahu irəlidədir, amma hakimiyyət sual altındadır

İsraildə keçirilən parlament seçkilərində səslərin hesablanması başa çatıb. İlkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakimiyyət bloku 53, Qadi Ayzenkotun başçılıq etdiyi müxalifət bloku isə 48 deputat mandatı qazanıb.

İsrailin KAN dövlət televiziyasının məlumatına görə, seçkilərdə 5,7 milyondan çox seçici səs verib.

120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 mandat tələb olunsa da, heç bir blok bu həddə çata bilməyib.

Seçkilərin diqqətçəkən nəticələrindən biri İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların uğuru olub. Bu partiyalar ümumilikdə 19 mandat qazanaraq tarixi nəticə əldə ediblər.

Onlardan Hadaş, Taal və Balad partiyalarının yaratdığı Birgə Siyahı 11, Mənsur Abbasın rəhbərlik etdiyi RAAM partiyası isə 8 mandat qazanıb.

Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla birinci, Ayzenkotun “Yaşar” partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb.

Seçkilərin nəticələri İsraildə yeni hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Heç bir blokun parlament çoxluğunu təmin edə bilməməsi koalisiya danışıqlarını zəruri edir.

Seçki nəticələrinin rəsmi təsdiqi isə hələ gözlənilir.

Denmedia.az