Geri qayıt Çap et

Seçki saxtakarlığını ifşa edənə 1 milyon dollar – Tramp vəd etdi

ABŞ Prezidenti Donald Tramp seçkilərdə saxtakarlıq halları barədə məlumat verən şəxslərə 1 milyon dollar mükafat vəd edib.

Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, təklif həm əvvəlki seçkilərdə, həm də 2026-cı ildə keçiriləcək Konqresə aralıq seçkilərində mümkün saxtakarlıq hallarına aiddir.

“Əvvəlki seçkilərdə və ya qarşıdan gələn 2026-cı il aralıq seçkilərində saxtakarlıq barədə məlumat verən hər kəs, bu saxtakarlığı təşkil edən şəxslər həbs olunub məhkum edildikdən sonra 1 milyon dollar alacaq!” – deyə Tramp yazıb.

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə üçdə biri yenidən seçiləcək. Həmçinin 36 ştat və ərazidə qubernator seçkiləri baş tutacaq.

Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.

Denmedia.az