Geri qayıt Çap et

Tramp Netanyahuyə “hazırlaş” dedi? ABŞ və İsrail İrana birgə zərbələri nəzərdən keçirir

ABŞ və İsrail İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat ehtimalına hazırlıqlarını davam etdirir.

“Axios”un ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İrana qarşı yeni birgə əməliyyatın mümkünlüyünü müzakirə ediblər.

Söhbət zamanı İranın hərbi və nüvə obyektlərinə zərbələrin endirilməsi variantı nəzərdən keçirilib.

Mənbələrdən birinin sözlərinə görə, Tramp Netanyahuya “hazırlaş” deyib. Lakin bu, hücum barədə yekun qərarın verildiyi anlamına gəlmir.

“Bu, indi də ola bilər, sonra da, heç vaxt da”, – ABŞ rəsmisi bildirib.

Müzakirə Trampın 8 oktyabrda ABŞ-ın 3 noyabr aralıq seçkilərinədək İrana zərbə endirməyəcəyini açıqlamasından əvvəl baş tutub.

Buna baxmayaraq, ABŞ və İsrail hərbçiləri döyüş hazırlığını saxlayır və mümkün əməliyyat üçün hazırlıqları tamamlayırlar.

“Axios”un məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset və Mərkəzi Komandanlığın rəhbərliyi zərbələrin bərpasını dəstəkləyir. Trampın digər müşavirlərinin əksəriyyəti isə hələlik İrana qarşı iqtisadi sanksiyalar və digər təzyiq vasitələrinin davam etdirilməsinin tərəfdarıdır.

Denmedia.az