Bəşəriyyət 2100-cü ilə qədər süni intellektdən zərərli məqsədlərlə istifadə və ya nüvə müharibəsi nəticəsində yox olmaq təhlükəsi ilə üzləşə bilər.
Bu barədə “Lancet” jurnalının XXI əsrin qlobal sağlamlıq təhdidləri üzrə komissiyasının alimləri məlumat veriblər.
Mütəxəssislərin fikrincə, süni intellektdən zərərli məqsədlərlə, o cümlədən bioloji silahların yaradılması və tətbiqində istifadə edilməsi, eləcə də nüvə müharibəsindən sonra yarana biləcək genişmiqyaslı aclıq yaxın 75 ildə bəşəriyyət üçün ən ağır ssenarilər sırasındadır.
Alimlər ümumilikdə 17 əsas qlobal təhlükə müəyyənləşdiriblər. Siyahıya atmosferin çirklənməsi, qidalanma çatışmazlığı, iqlim dəyişikliyi, silahlı münaqişələr, təhsilin aşağı səviyyəsi və psixi pozuntular da daxildir.
Hesabat müəllifləri dünya liderlərini bu risklərin qarşısını hələ erkən mərhələdə almaq üçün tədbirlər görməyə çağırıblar.