Geri qayıt Çap et

Yəməndə yeni gərginlik: Husilər prezident şurası rəhbərinin iqamətgahını ələ keçirdi

Yəmənin şimalında hakim olan şiə hərbi-siyasi “Ənsar Allah” hərəkatı (husilər) Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətində iki rayona nəzarəti ələ keçirdiyini açıqlayıb.

Bu barədə Denmedia.az Al-Masirah-a istinadən xəbər verir.

Husilər həmçinin Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad əl-Aliminin keçmiş yaşayış yerini ələ keçiriblər.

Onlar Taiz əyalətinin Əl-Maafir və Əl-Mavasit rayonlarında qarşı tərəfin qüvvələrini ərazidən çıxardıqlarını bildiriblər.