Geri qayıt Çap et

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin bayramı

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si bu şəhərlərin günü kimi qeyd olunur.

Bu əlamətdar tarix 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin tərksilah edilərək Azərbaycan ərazisindən çıxarılması ilə bağlıdır.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı və Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və həmin yaşayış məntəqələrində Azərbaycan bayrağını ucaldıb.

Denmedia.az