İranın Qeşm şəhərində bir neçə partlayış səsi eşidilib.
İranın dövlət informasiya agentliyi IRNA-nın mənbələrə istinadən yaydığı məlumata görə, partlayış səsləri dəniz istiqamətindən gəlib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik əlavə məlumat verilməyib. Hər hansı dağıntı və ya ziyanın olub-olmadığı da məlum deyil.