Geri qayıt Çap et

Gecə maqnit qasırğası başlayır: təsiri bir neçə gün davam edə bilər

Yaxın gecə Yer kürəsində uzunmüddətli geomaqnit pozuntularının başlaması gözlənilir. Səbəb Günəşdə baş verən M sinifli partlayışlar və Yer istiqamətinə atılan plazma bulududur.

“Fobos” mərkəzinin hesablamalarına görə, geomaqnit fəallıq Moskva vaxtı ilə saat 21:00-dan sonra, yəni Bakı vaxtı ilə 22:00-dan sonra arta bilər.

Cümə və şənbə günləri qısa müddət ərzində G1–G2 səviyyəli zəif və orta maqnit qasırğaları mümkündür. Qasırğa ehtimalı cümə günü 75%, şənbə günü isə 70% qiymətləndirilir.

Mütəxəssislər uzunmüddətli geomaqnit aktivliyini təkcə plazma buludu ilə deyil, Günəşdəki koronal dəlikdən gələn sürətli günəş küləyi ilə də əlaqələndirirlər.

Yer maqnit sahəsinin bazar günü tədricən sakit vəziyyətə qayıdacağı gözlənilir.

Denmedia.az