Geri qayıt Çap et

İran ABŞ-ın qarşısına qırmızı xətt çəkdi: Fars körfəzinə giriş qadağan edilir

İran ABŞ qüvvələrinin Fars körfəzinə, Oman körfəzinə və Hörmüz boğazına daxil olmasına icazə verməyəcəyini açıqlayıb.

İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, ABŞ qüvvələrinin bölgədən çıxarılması həyata keçirilib və onların bu sularda yenidən mövcudluğuna yol verilməyəcək. İranın dövlət xəbər agentliyi IRNA da Hatəminin bu açıqlamalarını yayıb.

“ABŞ-ın bölgədən qovulması həyata keçirilib. Onların Fars körfəzinə, Oman körfəzinə və Hörmüz boğazına daxil olmasına artıq icazə verilmir”, – Hatəmi deyib.

O əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları əvvəlki vəziyyətinə qayıda bilməyəcək.

“İran buna imkan verməyəcək”, – general vurğulayıb.

Hatəmi Hörmüz boğazının hərbi əməliyyatların dayandırılmasında “həlledici rol” oynadığını bildirib və onu İran xalqına “Allah tərəfindən bəxş edilmiş geosiyasi sərvət” adlandırıb.

DenMedia.az