Geri qayıt Çap et

Trampdan üç ölkənin ittifaqına yüksək qiymət: “Çox mühüm və cəsarətli addımdır”

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında kollektiv təhlükəsizlik və müdafiə sahəsində imzalanan sazişi “doğru istiqamətdə atılmış addım” kimi qiymətləndirib.

Tramp “Truth Social” sosial şəbəkəsində yazıb:

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda Məkkədə müdafiə sazişi imzalamasından çox məmnunam. Bu, Yaxın Şərqin birləşdiyini göstərir. Nəhayət, ölkələr özlərini daha yaxşı müdafiə edə biləcəklər.”

ABŞ lideri sazişin imzalanmasını “çox mühüm və cəsarətli addım” adlandırıb.

DenMedia.az