Geri qayıt Çap et

ABŞ və İran arasında razılaşma yaxınlaşır? – Tramp danışdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatın yaxın vaxtlarda başa çata biləcəyini istisna etməyib.

O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, münaqişənin başa çatmasından sonra neftin qiymətinin enəcəyini gözləyir.

Trampın sözlərinə görə, ABŞ və İran arasında danışıqlar davam edir və müsbət məcrada gedir.

ABŞ lideri əlavə edib ki, Vaşinqton və Tehran arasında razılaşmanın yaxın zamanda əldə olunması mümkündür.

Denmedia.az