Geri qayıt Çap et

İsrail Livanda qəbiristanlığı vurdu: 1 nəfər öldü, yaralananlar var

İsrailin Livanın cənubundakı Tibnin yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində ən azı 1 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Livanın NNA agentliyinin məlumatına görə, mərmi qəbiristanlıq ərazisinə düşüb.

Zərbədən sonra qəbiristanlıqda yanğın baş verib. Dağıntıların miqyası barədə əlavə məlumat verilməyib.

Denmedia.az