Geri qayıt Çap et

Zelenski Putinə üç atəşkəs variantı təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə üç fərqli atəşkəs variantı təklif edib.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

Onun sözlərinə görə, təkliflər bunlardır:

  • hava məkanında atəşkəsin elan edilməsi;
  • enerji obyektlərinə zərbələrin dayandırılması;
  • cəbhə xətti boyunca döyüşlərin dondurulması.

Podolyak həmçinin bildirib ki, Zelenski sülh danışıqlarına başlamaq üçün Putinlə görüşməyə hazırdır.

Denmedia.az