Geri qayıt Çap et

Tramp daha bir ölkəni ABŞ-nin tərkibinə “daxil etdi”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Venesuelanın xəritəsinin yer aldığı qalmaqallı kollajı yenidən paylaşıb.

Şəkildə Cənubi Amerika ölkəsinin ərazisi ABŞ bayrağının ulduzlu-zolaqlı rəngləri ilə təsvir olunub. Tramp paylaşımına Venesuelanın “ABŞ-nin 51-ci ştatı” olduğunu bildirən qeyd əlavə edib.

Amerika lideri buna bənzər paylaşımı bu ilin mayında da etmişdi. O, daha əvvəl Venesuela ilə yanaşı, Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı hipotetik fikirlər səsləndirib.

Venesuela ətrafındakı vəziyyət ölkədə davam edən siyasi böhran və xarici müdaxilə iddiaları fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır.

Denmedia.az