Geri qayıt Çap et

ABŞ rəsmisi: Ukraynadakı müharibəni bitirməyin vaxtıdır

ABŞ administrasiyası hesab edir ki, Ukraynadakı müharibənin başa çatdırılmasının vaxtı çatıb.

CNN-ə danışan amerikalı rəsmi bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona planlaşdırılan səfərini şərh edərkən verib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Zelenski ilə görüşdə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə etməyi planlaşdırır.

Telekanalın mənbəsi qarşıdan gələn danışıqların digər detalları barədə əlavə məlumat verməyib.

Denmedia.az