ABŞ və İran hərbi qarşıdurmada hələlik həlledici üstünlük əldə edə bilməyib. Buna görə də münaqişənin aylarla davam etməsi riski artır.
Bu barədə “The Wall Street Journal” hərbi analitiklərin qiymətləndirmələrinə əsasən yazıb.
Ekspertlərin fikrincə, həm Vaşinqton, həm də Tehran gərginliyi daha da artırmağa hazır olduqlarını göstərirlər. Bununla belə, tərəflər hərbi güc vasitəsilə nail ola biləcəkləri nəticələrin sərhədinə yaxınlaşıblar.
Nəşr qeyd edir ki, yaranmış dalana dirənmiş vəziyyət qarşıdurmanın uzanmasına səbəb ola bilər. Tərəflər bu müddətdə mövqelərini möhkəmləndirməyə və üstünlük qazanmağa çalışacaqlar.
“WSJ” həmçinin vurğulayıb ki, İran uzun illər davam edən sanksiyalara tab gətirmək və ABŞ-nin iqtisadi təzyiqlərinə qarşı durmaq qabiliyyətini nümayiş etdirib.