Geri qayıt Çap et

Analitik ABŞ-nin müvəqqəti atəşkəs planını “tələ” adlandırdı

ABŞ-nin İran və Yəmənlə bağlı müvəqqəti atəşkəs təklifinin Vaşinqtona vaxt qazandırmaq məqsədi daşıdığı iddia olunur.

Bu fikri hərbi analitik Boris Rojin öz Telegram kanalında səsləndirib.

Onun iddiasına görə, ABŞ üzərinə götürəcəyi öhdəlikləri yerinə yetirmək niyyətində deyil və atəşkəs təklifi ilə ilk növbədə neft bazarındakı panikanı azaltmağa çalışır.

Analitik hesab edir ki, müharibənin Səudiyyə Ərəbistanının neft obyektlərinə birbaşa təsir göstərməyə başlaması Vaşinqtonu müvəqqəti razılaşma təklif etməyə vadar edib.

Rojinin sözlərinə görə, ABŞ bu müddətdən həm də qüvvələrini yenidən toplamaq və mümkün növbəti hərbi mərhələyə hazırlaşmaq üçün istifadə edə bilər.

O, həmçinin bildirib ki, təklifə Livan və “Hizbullah”ın daxil edilməməsi təsadüfi deyil. Analitikin iddiasına görə, bununla İsrail üçün bölgədə sərbəst hərəkət imkanının qorunması nəzərdə tutulur.

Denmedia.az