Geri qayıt Çap et

Tramp 13 gündən sonra hücumları qəfil dayandırdı

ABŞ Prezidenti Donald Tramp iyulun 25-də İrana qarşı yeni zərbələrin endirilməməsi barədə göstəriş verib. Bununla da təxminən iki həftə davam edən gündəlik hücumlar seriyası dayandırılıb.

Bu barədə Axios qərarla tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, əvvəlki 13 gün ərzində Tramp hər gün hərbçilərin bir neçə saat ərzində həyata keçirdiyi zərbə planlarını təsdiqləyib. Cümə günü prezidentə növbəti oxşar plan təqdim olunsa da, o, bu dəfə “yaşıl işıq” yandırmayıb və hücumların həyata keçirilməməsini tapşırıb.

Axios yazır ki, Trampın bu qərarı həm diplomatiyaya daha çox imkan yaratmaq istəyi, həm də ABŞ-nin hazırkı hücum səviyyəsinin effektivlik baxımından müəyyən həddə çatdığının qəbul edilməsi ilə bağlıdır.

Qərardan qısa müddət sonra Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, zərbələri davam etdirmək və hətta gücləndirmək imkanı var. Onun sözlərinə görə, ABŞ istəsə, İranın malik olduğu hər şeyi məhv edə bilər.

Bununla belə, Tramp İranla razılaşma əldə etməyi daha ağıllı strategiya hesab etdiyini bildirib.

Denmedia.az