Geri qayıt Çap et

Baş Prokurorluğun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edildi

Cari ilin ilk altı ayı ərzində prokurorluq orqanlarında aparılan xidməti yoxlamaların nəticələrinə əsasən, müxtəlif intizam xətalarına yol verən 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, əməkdaşlardan 6 nəfərə töhmət və ya şiddətli töhmət elan olunub, daha 2 nəfər isə tutduğu vəzifədən azad edilib.

Denmedia.az