Geri qayıt Çap et

İran–İraq sərhədindəki Şələmçə keçidinə zərbə: iki ölü

ABŞ ordusunun İranla İraq sərhədində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər həlak olub, 11 nəfər yaralanıb.

Bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb. Xuzistan əyalətinin rəsmiləri hücumdan sonra sərhəd-keçid məntəqəsinin fəaliyyətini davam etdirdiyini bildiriblər.

“Əl-Cəzirə” də İran dövlət mediasına istinadən Şələmçə məntəqəsinə hücum zamanı azı iki nəfərin öldüyünü və 11 nəfərin yaralandığını yazıb.

Hadisə və itkilərlə bağlı məlumatlar hələlik ABŞ tərəfindən ayrıca təsdiqlənməyib.

DenMedia.az