Geri qayıt Çap et

ABŞ-yə yardım edənlər İranın hədəfinə çevriləcək: “Gözə göz, dişə diş”

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-nin ölkəsinə qarşı mümkün hücumuna yardım göstərən tərəflərin İran üçün legitim hədəf hesab ediləcəyini bildirib.

Arakçi sosial şəbəkədəki paylaşımında İranın müdafiə mövqeyinin aydın olduğunu vurğulayıb:

“Gözə göz, dişə diş”.

Nazirin sözlərinə görə, İranın ərazisinə və infrastrukturuna qarşı hər hansı hücum güclü və qəti cavabla qarşılanacaq.

Arakçi qeyd edib ki, ABŞ-nin mümkün hücumuna dəstək verən ölkə və ya tərəflər, göstərilən yardımın formasından asılı olmayaraq, İran tərəfindən legitim hədəf kimi qəbul ediləcək.

DenMedia.az