Geri qayıt Çap et

ABŞ və İran arasında yeni razılaşmanın şərti bəlli oldu

Tehranla Vaşinqton arasında gərginliyin azaldılması təşəbbüsü hər iki tərəfin aqressiv hərəkətlərdən imtina etməsini nəzərdə tutur.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, mümkün razılaşma çərçivəsində tərəflər daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunun şərtlərinə əməl etməlidirlər.

Mümkün razılaşmanın digər detalları açıqlanmayıb. ABŞ və İran rəsmilərinin bu məlumatla bağlı rəsmi açıqlaması verilməyib.

DenMedia.az