Geri qayıt Çap et

Tramp Ukrayna münaqişəsinin nə vaxt bitə biləcəyini söylədi

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin dövlət başçısı vəzifəsindəki fəaliyyətini başa çatdırana qədər nizamlanmasını mümkün hesab edir.

Bu barədə Amerika lideri Fox News telekanalına açıqlamasında bildirib.

Müvafiq suala cavab verən Ağ Ev rəhbəri “Düşünürəm ki, bəli” deyib.

Trampın sözlərinə görə, Rusiya yaxın vaxtlarda Ukrayna münaqişəsinin nizamlanması üzrə razılaşma əldə etməyə hazırdır.

DenMedia.az