Geri qayıt Çap et

Ukraynada avtomobili vurulan azərbaycanlı həyatını itirdi - FOTO

Ukraynanın Sumı vilayətində Rusiya ilə sərhəddə yerləşən Velikopisarivka rayonunda dron zərbəsi nəticəsində azərbaycanlı həlak olub.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində əslən Azərbaycandan olan Elmar Mövsüm oğlu Əliyev həyatını itirib.

Məlumata görə, 1949-cu il təvəllüdlü Elmar Əliyevin olduğu avtomobil Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı ilə vurulub.

Elmar Əliyev Beyləqan rayonunda anadan olub və Ukrayna vətəndaşı idi.

Onun nəşi dəfn olunmaq üçün Azərbaycana göndərilib.