Geri qayıt Çap et

ABŞ-İran danışıqları öncəsi Uitkoff Dohaya gedir

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin paytaxtı Dohaya yola düşüb.

CNN-in iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Dohada çərşənbə axşamı ABŞ-İran danışıqlarının keçirilməsi gözlənilir.

“Uitkoff hazırda Dohaya yoldadır”, — deyə telekanal mənbələrinə istinadən bildirib.

CNN qeyd edir ki, ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin Uitkoffu müşayiət edib-etmədiyi barədə hələlik məlumat yoxdur. Reuters isə ABŞ nümayəndələri kimi Uitkoff və Kuşnerin Doha görüşündə iştirakının gözləndiyini yazıb.

DenMedia.az