İranla hərbi əməliyyatlar yenidən başlaya bilər. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp danışıqların artıq nəticə vermədiyi qənaətinə gəlsə və ya İran İsrailə hücum etsə, qarşıdurma yenidən alovlana bilər.
N12 telekanalının məlumatına görə, Kats bildirib ki, Tehran hücum edərsə, bu, “üçüncü İran müharibəsi”nin başlanmasına səbəb olacaq.
“İranla döyüş əməliyyatları ya Trampın danışıqların tükəndiyinə qərar verməsi, ya da İranın İsraili atəşə tutması halında bərpa olunacaq”, — deyə nazir qeyd edib.