Geri qayıt Çap et

İran ABŞ-la danışıqlar məsələsinə nöqtə qoydu

Tehran yaxın günlərdə Dohada Vaşinqtonla danışıqlar aparmağı planlaşdırmır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

İran XİN-in Telegram kanalında yayılan açıqlamada qeyd olunub ki, İran nümayəndə heyəti Qətərə səfər edəcək, lakin bu səfər ABŞ-la danışıqlarla bağlı deyil.

“Qarşıdakı günlərdə ABŞ-la heç bir səviyyədə danışıqlar aparmaq planımız yoxdur. Amerika nümayəndə heyətinin Qətərə səfəri İran nümayəndə heyətinin memorandum müddəalarının icrası üzrə işi ilə əlaqəli deyil”, — deyə Bəqayi bildirib.

DenMedia.az