Geri qayıt Çap et

Maduro həbsdən Venesuelaya səsləndi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ölkədə baş verən iki dağıdıcı zəlzələdən zərər çəkən həmvətənlərinə müraciət edib. O, paylaşımı ABŞ-da həbsdə olduğu müddətdə sosial şəbəkə X hesabında yayıb.

Maduro müraciətində Matta İncilinin 25-ci fəslinə istinad edib.

“Biz Səni nə vaxt xəstə və ya zindanda görüb yanına gəldik? Padşah isə onlara cavab verəcək: ‘Sizə doğrusunu deyirəm: bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz’”, — deyə Maduro yazıb.

O, həyat yoldaşı Siliya Flores ilə birlikdə Venesuelada baş verən faciəyə dərindən kədərləndiklərini bildirib. Maduro qeyd edib ki, onlar həlak olanlar, yaralananlar, itkin düşənlər və hazırda insanların həyatını xilas etmək üçün çalışan hər kəs üçün dua edirlər.

DenMedia.az