Geri qayıt Çap et

ABŞ-da daşqınlara görə fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kentukki ştatında qəfil daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub. NBC News-un məlumatına görə, güclü yağıntılar və çayların daşması nəticəsində suyun səviyyəsi 20 santimetrdən çox qalxıb.

Xilasedicilər 60-dan çox insanı təhlükəsiz ərazilərə təxliyə ediblər.

Məlumata görə, daşqınlar nəticəsində 4 nəfərin ölümü təsdiqlənib. Bildirilir ki, bir neçə nəfər yaşayış evlərinin zirzəmilərindən çıxa bilməyib.

DenMedia.az