Venesuelanın səhiyyə naziri Karlos Alvarado cümə günü dövlət televiziyasına açıqlamasında bildirib ki, çox sayda insan hələ də itkin olduğu üçün ölənlərin sayının yaxın saatlarda əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Zəlzələdən sonra ailələr xəbər ala bilmədikləri yaxınlarının fotolarını sosial şəbəkələrdə paylaşaraq yardım çağırışı ediblər.
Cümə səhəri etibarilə 57 min 287 nəfərlə bağlı itkin düşmə müraciəti edilib. Onlardan 49 min 519 nəfərindən hələ də xəbər alınmadığı açıqlanıb.
Küçələrdə itkin düşən şəxslərin fotolarının yer aldığı elanlar paylanılıb. Bəzi ailələr isə yaxınlarını tapa bilmək üçün ad siyahılarını əllə hazırlayaraq axtarış işlərinə qoşulublar.
Rəsmilər indiyədək 235 nəfərin həyatını itirdiyini, 4 min 300-dən çox insanın yaralandığını açıqlayıblar. Ümumilikdə 50 mindən çox şəxsin itkin düşdüyü bildirilir.