İran və ABŞ qarşılıqlı anlaşma memorandumunun icrası ilə bağlı texniki danışıqlara gələn həftənin əvvəlində qayıdacaq.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Tahir Andrabi brifinqdə bildirib, “Əl-Cəzirə” xəbər verir.
“Danışıqlar gələn həftə davam edəcək, düşünürəm ki, çərşənbə axşamı”, — deyə Andrabi qeyd edib. O əlavə edib ki, danışıqlar aparan tərəflər təmasları davam etdirə bilərlər.
Pakistan XİN rəsmisi xatırladıb ki, İsveçrədə keçirilən danışıqlar raundunda İran və ABŞ yekun razılaşmaya nail olmaq üçün fəaliyyət planını razılaşdırıb.
Məlumata görə, ötən həftə Vaşinqton və Tehran qarşılıqlı anlaşma memorandumu imzalayıb. ABŞ və İran arasında yekun sazişə nail olmaq üçün danışıqlar prosesinin 60 gün, yəni 17 avqusta qədər davam edəcəyi gözlənilir.
DenMedia.az