İran İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi ABŞ-ın ölkənin cənubuna hücumlarından sonra bölgəni ABŞ üçün “cəhənnəmə çevirəcəklərini” bildirib.
AA-nın məlumatına görə, İranın raket əməliyyatlarına cavabdeh olan briqada generalı Musəvi ABŞ-a qarşı cavab zərbələrindən sonra sosial media hesabında açıqlama yayıb.
Musəvi paylaşımında bu ifadələrə yer verib:
Müqəddəs Hörmüz boğazını təhlükəli hala gətirirsiniz? Bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik! Bu, Allahın izni ilə amerikalıların bölgədəki təkəbbürünə verilən cavabdır.