Geri qayıt Çap et

XİN: Azov dənizindəki hücumdan sonra iki dənizçinin nəşi tapıldı

Azov dənizində gəmilərə hücumdan sonra iki dənizçinin nəşi aşkar edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həlak olanlar arasında 1969-cu il təvəllüdlü Hismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucov var.

Nazirliyin məlumatına görə, hazırda həlak olan dörd Azərbaycan vətəndaşının hamısının nəşi tapılıb. Bütün prosedurlar başa çatdıqdan sonra dənizçilərin nəşləri Vətənə gətiriləcək.

DenMedia.az