Geri qayıt Çap et

İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoydu

İran parlamentinin deputatı İsmayıl Kousəri bildirib ki, Hörmüz boğazı yalnız ABŞ-ın İranın dondurulmuş aktivlərini geri qaytarmasından və ölkəyə vurulan zərəri kompensasiya etməsindən sonra açıla bilər.

O, bu barədə RT-yə açıqlamasında danışıb.

Kousərinin sözlərinə görə, münaqişəni ABŞ başlayıb və danışıqlar zamanı İrana ciddi zərər vurub.

“Əgər bu baş verməsə, Hörmüz boğazı açılmayacaq”, deyə iranlı deputat bildirib.

O əlavə edib ki, Vaşinqton itkiləri kompensasiya etməkdən imtina edərsə, Tehran akvatoriya üzərində sərt nəzarət quracaq.

Deputatın sözlərinə görə, İran regiona düşmən qüvvələrin daxil olmasına imkan verməyəcək.

DenMedia.az