Geri qayıt Çap et

Lukaşenko Ermənistana Ukrayna ssenarisi xəbərdarlığı etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Aİİ və Avropa İttifaqı arasında gələcək inkişaf yolunu seçərkən ehtiyatlı olmağa çağırıb.

Bu barədə BelTA məlumat yayıb.

Lukaşenko Ermənistanın Ukrayna ssenarisini təkrarlamaması üçün qərarlarda diqqətli olmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynada vəziyyət vaxtilə oxşar şəkildə inkişaf edib.

“Ermənilər çox ehtiyatlı olmalıdırlar ki, Allah eləməsin, Ukraynada baş verənləri təkrarlamasınlar”, deyə Lukaşenko bildirib.

Belarus lideri qeyd edib ki, yaxın keçmişdə hərbi münaqişədən çıxmış Ermənistan vəziyyətin daha da ağırlaşmasına imkan verməməlidir. Onun sözlərinə görə, bu məsələdə tələsik qərarlar ağır nəticələrə səbəb ola bilər.

Lukaşenko həmçinin vurğulayıb ki, yekun qərar Ermənistan xalqının ixtiyarında qalmalıdır. Onun sözlərinə görə, xalqın iradəsi ifadə olunarsa, Minsk istənilən seçimi qəbul edəcək.

DenMedia.az