Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında münaqişə başlayandan bəri qonşu ölkəyə qarşı çoxsaylı zərbələr endirib.
Bu barədə The Wall Street Journal mənbələrə istinadən yazıb.
Bununla belə, son dövrdə Əbu-Dabi daha sülhpərvər mövqe nümayiş etdirir və münaqişənin diplomatik yolla həllində israr edir.
Nəşrin mənbələrinin sözlərinə görə, BƏƏ-nin hücumları ABŞ və İsrail ilə koordinasiya olunub. Vaşinqton və Təl-Əviv Əbu-Dabiyə kəşfiyyat məlumatları təqdim edib.
Söhbət Hörmüz boğazındakı Keşm və Əbu Musa adalarındakı obyektlərdən, həmçinin Lavan adasındakı neft emalı zavodundan gedir.
Mənbələr bildiriblər ki, bu zərbələrin bir qismi Tehranın BƏƏ-nin neft-qaz infrastrukturuna hücumlarına cavab olaraq həyata keçirilib.
Xüsusilə Əsəluye kompleksinə İsraillə birgə endirilən zərbə ABŞ-ı İsrail tərəfinə müraciət etməyə vadar edib. Vaşinqton İsraildən enerji obyektlərinin atəşə tutulmasını dayandırmağı xahiş edib.