Geri qayıt Çap et

İran ABŞ-la yekun razılaşma əldə olunmadığını bildirdi

ABŞ və İran tərəfləri arasında təmaslar davam edir, lakin hələlik yekun razılaşma əldə olunmayıb.

 Bu barədə cümə günü İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tasnim” agentliyi İran XİN sözçüsü İsmayıl Bəqayiyə istinadən yazır:

“Mesaj mübadiləsi davam edir, lakin yekun razılaşma hələ əldə olunmayıb”.

Hörmüz boğazı ətrafındakı vəziyyətdən danışan Bəqayi bildirib ki, İran və Oman öz milli maraqlarını müdafiə etməli və təhlükəsizliklərini təmin etməlidir.

Onun sözlərinə görə, Tehran və Maskat həm öz milli maraqlarını və təhlükəsizliklərini qoruyacaq, həm də bu marşrutla gəmilərin beynəlxalq ictimaiyyət üçün təhlükəsiz keçidini təmin edəcək mexanizmlər yaratmalıdır.

Bəqayi əlavə edib ki, heç bir Qərb ölkəsi ABŞ-la mübahisələrin həlli zamanı İrana nə etməli olduğunu diktə etməməlidir.

“Biz qərarları İran xalqının maraqları və hüquqları əsasında qəbul edirik”, deyə İran XİN nümayəndəsi vurğulayıb.

DenMedia.az