Geri qayıt Çap et

İran ABŞ qarşısında regionda sülh və dondurulmuş vəsaitlər şərtini qoydu

İranın Belarusdakı səfiri Əlirza Sanei TASS-a müsahibəsində bildirib ki, ABŞ-a təqdim edilən tələblərdən biri bütün regionda, o cümlədən Livanda sülh və təhlükəsizliyin təmin edilməsidir.

Diplomat deyib:

Təkliflərimizə gəlincə, ilk növbədə müharibə tamamilə dayandırılmalıdır. Biz bütün regionda, o cümlədən Livanda sülh və təhlükəsizliyin təmin olunmasını tələb etmişik. Həmçinin uzun illərdir müxtəlif ölkələrin banklarında dondurulmuş vəsaitlərimizin açılmasını istəmişik.

DenMedia.az