ABŞ prezidenti Donald Tramp dövlət səfəri ilə Pekinə gəlib.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ABŞ liderinin təyyarəsi paytaxtın Şoudu Beynəlxalq Hava Limanına eniş edib.
Səfər çərçivəsində Donald Tramp Çin Xalq Respublikasının sədri Xi Jinping Si Cinpin ilə danışıqlar aparacaq.
Görüşdə əsas diqqətin ABŞ-Çin ticarət-iqtisadi münasibətlərinə və bir sıra mühüm beynəlxalq məsələlərə yönələcəyi gözlənilir.
Qeyd edək ki, Donald Trampın Çinə son səfəri 2017-ci ilin noyabrında, ilk prezidentlik dövründə baş tutmuşdu.
Co Bayden isə prezident olduğu müddətdə Çinə səfər etməyib.