Geri qayıt Çap et

Epşteynə oxşadığı üçün şəhərini tərk etdi: Rıfat Özdemir Ankarada gizlənir

Ceffri Epşteynə bənzəyən türkiyəli Rıfat Özdemir doğma şəhəri Kayseriyə qayıtmayıb.

Kişi qalmaqallı maliyyəçiyə bənzərliyi səbəbindən üzləşdiyi təzyiqlər barədə RİA Novosti-yə danışıb.

Onun sözlərinə görə, fevralda Kayserini tərk etməyə məcbur olub və Ankaraya köçüb. Epşteynlə bağlı pedofiliya qalmaqalından sonra doğma şəhərində Özdemirə şübhə ilə baxmağa başlayıblar, biznesində də problemlər yaranıb.

Özdemir deyib:

Mən hələ də Ankaradayam. Epşteyn haqqında mediada artıq daha az danışılması kömək etdi. Burada məni çox az adam tanıyır, buna görə demək olar ki, diqqət çəkmirəm. İndi bu, yalnız dost çevrəmizdə zarafat mövzusudur. Amma jurnalistlər zəng etməyə davam edirlər. Düşünürəm ki, bir az da gözləyib burada qalacağam.

DenMedia.az