Geri qayıt Çap et

İran ABŞ-la danışıqlara qayıtmaq üçün ağır şərtlər irəli sürdü

Vaşinqton Tehranın beş ilkin tələbini yerinə yetirməyənədək ABŞ-la dialoqa qayıtmayacaq. “Fars” agentliyinin mənbəyə istinadən məlumatına görə, bu şərtlər toplusu tərəflər arasında minimum etimad səviyyəsi yaratmağa hesablanıb.

Tələblər siyahısına bütün cəbhələrdə hərbi əməliyyatların tam dayandırılması, xüsusilə Livanda qarşıdurmanın dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin qaytarılması, müharibə nəticəsində vurulmuş zərərin kompensasiyası və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması daxildir.

Mənbə həmçinin bildirib ki, Tehran pakistanlı vasitəçilərə xəbərdarlıq edib: atəşkəsdən sonra Ərəb dənizi və Omand körfəzində hərbi-dəniz blokadasının saxlanılması danışıqlar prosesinə inamsızlığı yalnız daha da artırır.

ABŞ və İran arasında münaqişə fevralın 28-də başlayıb. Aprelin 7-də Amerika lideri Donald Tramp iki həftəlik atəşkəs elan edib, aprelin 21-də isə onun müddətinin uzadıldığını bildirib. Lakin Tehran Vaşinqtonun birtərəfli qərarlarını tanımır. Aprelin 11-də İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb.

DenMedia.az