Geri qayıt Çap et

Yanan anbar “Kontakt Home”a məxsusdur - RƏSMİ

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yanan anbarın “Kontakt Home”a məxsusdur.

Denmedia.az  xəbər verir ki, bununla bağlı “Kontakt Home” sosial şəbəkə hesablarında məlumat yayıb:

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib.Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”.