ABŞ Federal Təhqiqatlar Bürosunun məxfiliyi ləğv edilmiş UFO sənədlərində kiçikboylu varlıqlarla bağlı qeydlər aşkarlanıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Bildirilir ki, söhbət 1960-cı illərdə qeydə alınan müşahidələrlə bağlı sənədlərdən gedir.
Jurnalistlərin məlumatına görə, 1966-cı ilin oktyabrına aid hesabatlardan birində şahid ifadələri yer alıb.
Şahidlər səs çıxarmadan havada dayanan, yüksək sürətlə hərəkət edən naməlum uçan obyektlər gördüklərini bildiriblər.
Həmçinin həmin obyektlərin elektromaqnit avadanlıqlarında nasazlıqlar yaratdığı qeyd olunub.